İran Trampa qarşı kampaniya başladıb - CNN
Dünya
30.07.2024 09:09
İran Trampa qarşı kampaniya başladıb - CNN
İran ABŞ-nin keçmiş prezidenti Donald Trampın prezidentliyə namizədliyini zəiflətmək üçün gizli sosial media əməliyyatlarından istifadə edir.
TodayPress, "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Direktoru İdarəsinin (ODNI) əməkdaşı bildirib.
Qeyd edilib ki, Tehran prezident seçkilərinə təsir göstərməyə çalışır, çünki İran Trampın prezident seçiləcəyi təqdirdə ABŞ ilə gərginliyin artacağından ehtiyatlanır.
ODNI nümayəndəsinin sözlərinə görə, İranın Trampa qarşı münasibəti 2020-ci ildən bəri dəyişməyib. İran 2020-ci ildə də Trampın prezident seçkilərində yenidən seçilmək perspektivlərini sarsıtmaq məqsədi ilə çoxşaxəli gizli təsir kampaniyası aparıb.
İranın irəli sürülən ittihamla bağlı ABŞ-yə cavabı gecikməyib. Ölkənin BMT-dəki Daimi Nümayəndəliyi "CNN"ə açıqlamasında, İranın ABŞ seçkilərinə təsir etmək məqsədi daşıyan fəaliyyətlə məşğul olmadığını bildirib.
"Belə ittihamların əhəmiyyətli bir hissəsi seçki kampaniyalarını süni şəkildə aktivləşdirən psixoloji əməliyyatlarla xarakterizə olunur" deyə İran nümayəndəliyi əlavə edib.
Günəş Mərd
tag: Tramp, İran, Tehran,ABŞ, BMT, todaypress.az,