İran Təl-Əvivi birbaşa vura biləcək PUA-ları nümayiş etdirdi

Dünya

02.08.2024 16:51

İranın “Student News Network” telekanalı İranda istehsal olunan və Təl-Əviv də daxil olmaqla, İsrailin istənilən küncünə çata biləcək pilotsuz uçuş aparatlarının (PUA) siyahısını dərc edib.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Siyahıya 7 PUA daxil edilib, onların taktiki və texniki xüsusiyyətləri belədir: 

“Fotros” kəşfiyyat və hücum PUA-ları 2 min km-ə qədər məsafədə uça bilir və mərmilərin sayından asılı olaraq 16-30 saat havada qala qabiliyyətinə malikdir. Oxşar funksiyaya sahib olan “Kaman-22” PUA-sı yeddi mərmi ilə silahlanıb, bir sutka ərzində uça və 3 min km-ə qədər məsafədəki hədəfə çata bilir. Digər kəşfiyyat və hücum PUA-ları “Şahed-129”, “Şahed-136”, “Şahed-149”, “Araş” və “Mohajer-6” da oxşar xüsusiyyətlərə malikdir”. 

Töhfə Səməd

tag: İran, PUA, Fotros, Hücum, Təl-Əviv, todaypress.az,