İran tədqiqat peykini orbitə buraxdı

Dünya

14.09.2024 17:20

2725

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri “Çamran-1” adlı tədqiqat peykini uğurla orbitə buraxıb. 

TodayPress xəbər verir ki, bu barədə İranın “İRNA” xəbər agentliyi məlumat yayıb. 

Bildirilib ki, buraxılış “Qaem-100” daşıyıcı raketi ilə həyata keçirilib.

Qeyd edək ki, peyk bir neçə İran şirkəti tərəfindən hazırlanıb və 60 kiloqrama yaxın kütləyə malikdir. “Çamran-1”in əsas missiyası orbital manevr texnologiyalarını təsdiqləmək üçün aparat və proqram təminatını sınaqdan keçirməkdir. Peyk, həmçinin, alt sistemin işini qiymətləndirməli, naviqasiya və idarəetmə sistemlərinin funksionallığını təhlil etməlidir.

Töhfə Səməd

tag: İslam ,Çamran-1,SEPAH,Qaem-100,Peyk, todaypress.az,