İran Suriyadan diplomatlarını və hərbçilərini təxliyə etməyə başladı
İran Suriyadan öz
diplomatlarının və hərbi müşavirlərini bir hissəsini təxliyə etməyə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə cümə günü “The
New York Times” qəzeti mənbələrə istinadən bildirib.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəzi hərbçiləri artıq İraq və
Livana təxliyə edilib. Dekabrın 2-də bu ölkənin XİN rəsmisi İsmail Bəqai bəyan
edib ki, İran hərbi müşavirləri Suriyada qalmağa və Dəməşqə “terrorçulara qarşı
mübarizədə yardım göstərməyə” davam edəcəklər.
“The New York Times”ın mənbələri həmçinin bildirir ki,
bəzi İran diplomatik işçiləri və onların ailə üzvləri, eləcə də İranın adi
vətəndaşları Suriyanı tərk ediblər. İnsanların bir hissəsi təyyarələrlə
Tehrana, bir hissəsi isə quru nəqliyyatı ilə Livan, İraq və Suriyanın Latakiya
limanına göndərilib.
tag: Suriya, Iran, Konsulluq, Diplomat,Təxliyyə, todaypress.az,