İran Suriyadakı vəziyyətlə bağlı mövqeyini açıqladı
Dünya
08.12.2024 17:32
Tehran Dəməşqin müxalif qüvvələr tərəfindən ələ keçirilməsindən və ölkə prezidenti Bəşər Əsədin istefasından sonra Suriyada təhlükəsizlik və sabitliyin yaradılmasını prioritet vəzifə kimi qoyur.
TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İran Xarici İşlər Nazirliyi Suriyada hakimiyyət dəyişikliyi fonunda iki ölkə arasında münasibətlərin ümumi maraqlar və beynəlxalq səviyyədə tanınmış öhdəliklər əsasında davam edəcəyini gözləyir” məlumatda bildirilib.
Günəş Mərd
tag: İran,Dəməşq,Suriya,Hakimiyyət,XİN,