İran Süleymaninin qətlində iştirak edənləri cəzalandıracaq

Dünya

17.07.2024 11:48

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaninin qətlini təşkil edən və həyata keçirənlər məsuliyyətə cəlb eediləcək.

TodayPress xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani, “CNN” telekanalına müsahibəsində deyib.

“Biz günahkarları və bu planı hazırlayanları ədalət qarşısına çıxarmaq üçün milli və beynəlxalq səviyyədə hüquqi və məhkəmə prosedurlarına və mexanizmlərinə müraciət edəcəyik. Bunun üçnü biz, yalnız İran və beynəlxalq hüquqi və məhkəmə prosedurlarından istifadə edəcəyik" deyə diplomat bildirib. 

Günəş Mərd

tag: İran, Süleymani, Qətl, Qüds, todaypress.az,