İran silkələndi: Ard-arda güclü zəlzələ oldu

Dünya

14.11.2024 12:45

İranda ard-arda iki zəlzələ baş verib.

TodayPress xəbər verir ki, bu barədə İran Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, İranın Sistan və Bəlucistan əyalətinin Nüsrətabad bölgəsində 4,2 bal gücündə zəlzələ olub. Bundan təxminən yarım saat sonra Xorasan-e Rəzəvi əyalətinin Kaşmər şəhərində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

tag: İran, Zəlzələ, Dağıntı, Tələfat,İran Milli Seysmoloji Mərkəzi , todaypress.az,