İran şərq sərhədində hasarlar çəkir

Dünya

20.10.2024 16:57

1809

İran Pakistan və Əfqanıstanla həmsərhəd olan beş əyalətdə hasar tikintisinə başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə İran sərhəd polisinin komandiri, briqada generalı Əhməd Əli Qudarzi bildirib. 

Onun sözlərinə görə, layihənin məqsədi təhlükəsizlik təhdidlərini azaltmaq, yanacaq, narkotik və malların arzuolunmaz miqrasiyasının və qaçaqmalçılığının qarşısını almaqdır. 

O vurğulayıb ki, Əfqanıstan və Pakistanla sərhəddə divarların tikintisi prioritet məsələdir, çünki qadağan olunmuş maddələrin 80 faizi İrana məhz bu ərazilər vasitəsilə daxil olur.

Günəş Mərd 

tag: İran,Sərhəd,Təhlükəsizlik,Əfqanıstan,Pakistan ,Hasar,Todaypress.az,