İran SEPAH-la bağlı ittihamları rədd edir
Dünya
31.08.2024 16:26
“Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Baş Prokurorluğunun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH ) Rusiya hərbçilərinə pilotsuz uçuş aparatlarından istifadə təliminə cəlb edilməsi iddiası əsassız”.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirli-yinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib.
“İran hərbçilərinin Rusiya qoşunlarına təlim keçmək məqsədilə Ukraynada olması ilə bağlı ittihamlar əsassız və siyasi motivlidir” deyə o bildirib.
Günəş Mərd
tag: Ukrayna Təhlükəsizlik Xidməti ,Ukrayna Baş Prokurorluq,İran, Rusiya, Ukrayna, todaypress.az,