İran səfiri Fransa XİN-ə çağırıldı
Dünya
11.01.2025 04:21
İran səfiri Məhəmməd Amin Necad Fransa
vətəndaşlarının İslam Respublikasında saxlanılması ilə əlaqədar Fransa Xarici
İşlər Nazirliyinə çağırılıb.
TodayPress "Reuters"ə istinadən verdiyi
məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən bildirilib ki, saxlanılan vətəndaşlar İran
İslam Respublikası dövlətinin girovlarıdır.
Agentlik həmçinin Fransa vətəndaşlarını İrana səfərlərdən
çəkinməyə çağırıb.
tag: Fransa, XİN, İran, Səfirlik, todaypress.az,