İran seçkilərə müdaxilə edəcək? - ABŞ narahatdır

Dünya

20.09.2024 09:40

ABŞ rəsmiləri İranın Amerikada keçirilən prezident seçkilərinə iddia edilən müdaxilə cəhdlərindən narahatdırlar. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

O, vurğulayıb ki, ABŞ bu hərəkətlərinə görə İranı məsuliyyətə cəlb etmək niyyətindədir.

Amerika departamentinin nümayəndəsi onu da əlavə edib ki, heç bir ölkə prezident seçkilərinə müdaxilə etməməlidir.

Töhfə Səməd

tag: ABŞ ,İran,Amerika,Seçki,Müdaxilə,Dövlət Departamenti,Metyu Miller,todaypress.az,