İran Rusiyaya nota verdi
Dünya
23.11.2024 11:22
İran Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
TodayPress xəbər verir ki, bu barədə "Azad İran" “Telegram” kanalı məlumat yayıb.
Buna səbəb Rusiyanın Kazan şəhərində iki iranlı tələbənin polis tərəfindən döyülərək saxlanılması olub.
Qeyd olunub ki, Kazan Federal Universitetində vizaların yenilənməsi zamanı tələbələr arasında dava baş verib və hadisə yerinə polis gəlib. İranlı tələbələrin israrlı davranışları mübahisəni böyüdüb və tələbələr hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülüb. Nəticədə onlardan ikisi həbs edilib.
İranın Kazandakı Baş Konsulluğu polis tərəfindən iranlı tələbələrə qarşı kobud rəftar və yerli polisin qeyri-peşəkar davranışı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Günəş Mərd
tag: Rusiya, Kazan, İran, Baş Konsulluq, Polis, todaypress.az,