İran qüvvələrinin əsas hissəsini Suriyadan çıxartdı

Dünya

07.01.2025 15:25

2311

Dəməşqdə hakimiyyət Suriya müxalifətinə keçdikdən sonra İran silahlı qüvvələrinin əsas hissəsi Suriyanı tərk edib. 

TodayPress bu barədə “The Wall Street Journal”a (WSJ) istinadən məlumat yayıb.

"İran qüvvələrinin böyük hissəsi Suriyadan  geri çəkilib" hesabatda deyilir.

Qeyd olunur ki, müxalifətin Dəməşqdə hakimiyyəti ələ keçirməsi zamanı minlərlə iranpərəst döyüşçü hələ də Suriyada, əsasən ölkənin şərqində olub. Daha sonra onların əsas qüvvələri İraqla sərhəddə yerləşən Əl-Qaim şəhərinə hərəkət edib. Dəməşqdə olan iranlıların bir qismi Tehrana, “Hizbullah” döyüşçüləri isə Livana çəkilib. 

Günəş Mərd

tag: Dəməşq, Suriya, Müxalifət ,Livan ,todaypress.az,