İran qisas tədbirlərini təxirə salır?

Dünya

17.08.2024 15:30

İran HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldükdən sonra İsrailə qarşı planlaşdırdığı qisas tədbirini təxirə salacaq. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” yazıb.  

Bildirilir ki, buna səbəb Qəzza zolağında atəşkəs danışıqlarının aparılmasıdır. Nəşr xatırladıb ki, bir müddət öncə ABŞ, İsrail, Misir və Qətər rəsmiləri cümə günü Dohada bir araya gəliblər.  

Görüşün nəticələri ilə bağlı Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kaniyə zəng edərək, məlumat verib. Qətər rəsmisi İranı gərginliyə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.

Danışıqlardan bir gün sonra İsrail kəşfiyyatı, İran və “Hizbullah”ın raket bölmələrinin döyüş qabiliyyəti səviyyəsində azalma müşahidə edib. Bu, İranın planlaşdırdığı qisas tədbirini hələlik təxirə saldığını düşünməyə əsas verir.

Günəş Mərd

tag: İran, HƏMAS, İsrail, Hizbullah, Raket, todaypress.az,