İran Qərblə İsrailə zərbə endirməyi müzakirə etdi

Dünya

13.08.2024 16:43

İran Qərb ölkələri ilə İsrailə mümkün zərbə endirməyin mümkünlüyünü və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı qisas planlarını müzakirə edir.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Adını açıqlamaq istəməyən bir sıra rəsmi nümayəndə bildirib ki, danışıqlar son günlər daha çox intensivləşib. 

Bütün bu olanlar fonunda ABŞ, Böyük Britaniya və Türkiyə də daxil olmaqla bir çox dövlət İranı bu niyyətindən əl çəkməyə çağırıb. 

Töhfə Səməd

tag: İran, Qərb, ABŞ, Böyük Britaniya, Türkiyə, todaypress.az,