İran prezidenti İsrailə xəbərdarlıq etdi
Tehran İrana hücum edəcəyi
təqdirdə İsrailə daha güclü cavab verməyə hazırdır.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu İran prezidenti
Məsud Pezeşkian Qətər əmiri ilə danışıqlardan sonra keçirdiyi brifinqdə
deyib.
“İsrail bizə
cavab verərsə, biz daha güclü və sərt cavab verəcəyik” deyə Pezeşkian
bildirib.
Onun sözlərinə
görə, regionda təhlükəsizliyin pozulması avropalıların və
ABŞ-nin maraqlarına uyğun deyil.
tag: Tehran, İran, İsrail, Məsud Pezeşkian, Hücum, todaypress.az,