İran prezidenti BRICS sammitində iştirak edəcək
İran prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.
TodayPress TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
“Bəli, düşünürəm ki, o, Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək. Biz indi bu səfərə hazırlaşırıq ki, ikitərəfli münasibətlərimiz üçün faydalı və uğurlu olsun” deyə səfir qeyd edib.
Onun sözlərinə görə, Pezeşkianın Kazan səfəri zamanı Rusiya lideri Vladimir Putinlə, eləcə də digər liderlərlə görüşləri nəzərdə tutulur.
Günəş Mərd
tag: İran, Prezident, Məsud Pezeşkian, Kazan, BRICS, Sammit, todaypress.az,