İran partlayışın səbəbini açıqladı
İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai ticarət limanında baş verən partlayışın səbəbi səhlənkarlıq və təhlükəsizlik qaydalarına riayət edilməməsi olub.
TodayPress xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İskəndər Moameni bildirib.
Onun sözlərinə görə, hadisə ciddi nöqsanlar və təhlükəsizlik sahəsindəki çatışmazlıqlar nəticəsində baş verib:
“Daxili İşlər Nazirliyinə məlum olub ki, hadisə səhlənkarlıq və nöqsanlar, habelə limanda təhlükəsizlik məsələlərinə və mülki müdafiə qaydalarına ciddi yanaşılmadığından baş verib” deyə nazirin açıqlamasında qeyd olunub.
Əlavə təfərrüatlar və mümkün məsuliyyət daşıyan şəxslər barədə məlumat verilməyib. Rəsmi qurumlar araşdırmaların davam etdiyini bildiriblər.
Türkan İsgəndərli
tag: İran,DİN,Partlayış,todaypress.az,