İran nüvə silahlarını qadağan edən fərmanı dəyişir?

Dünya

18.07.2024 12:04

“İranın dini lideri Ayətullah Əli Xameneinin nüvə silahlarının qadağan edilməsi ilə bağlı verdiyi fətva, ölkədə heç bir müzakirə mövzusu ola bilməz, bu qərar dəyişdirilməyəcək”.  

TodayPress xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Əli Baqiri Kani teleqramda yazıb.   

“İran nüvə məsələsində sərhədlərdən kənara çıxmaq niyyətində deyil. Bu, İran rəhbərinin fətvasıdır. Onun verdiyi əmr və fətvaların icrası məcburidir" deyə XİN başçısı qeyd edib.  

Xatırladaq ki, bundan əvvəl İranın yeni prezidenti Məsud Pezeşkian Qərbin qəsdən böhran yaratdığını və Vaşinqtonu yanaşmasını dəyişməyə çağırdığını demişdi.   

Günəş Mərd

tag: İran, Nüvə, Fətva, Məsud Pezeşkian, Qərb, todaypress.az,