İran “nüvə sazişi” üzrə danışıqların mümkünlüyünü şərh etdi

Dünya

16.09.2024 09:07

İranın xarici işlər naziri Abbas Ərakçı deyib ki, Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) iştirakçıları sanksiyaların ləğvi müqabilində etimad əsasında danışıqları bərpa edə bilərlər. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

Onun fikrincə, ilk növbədə danışıqların bərpası üçün əlverişli zəmin yaratmaq lazımdır. O, vurğulayıb ki, tərəflər köhnə JCPOA düsturuna (Qərbdən sanksiyaların götürülməsi müqabilində İran tərəfində etimadın yaradılması) qayıda bilərlər.

Xatırladaq ki, bir müddət öncə Amerika səlahiyyətliləri Ağ Evin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlara qayıtmağa hazır olması barədə İranı məlumatlandırmışdır. 

Günəş Mərd

tag: İran, Nüvə ,Saziş, JCPOA ,Qərb ,Sanksiya ,todaypress.az,