İran nüvə riskləri barədə xəbərdarlıq etdi
Dünya
01.02.2025 11:46
"Əleyhdarlarının İranın nüvə obyektlərinə mümkün hücumu tarixin ən böyük səhvi olar".
TodayPress xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Həm amerikalılar, həm də israillilər cavab olaraq hansı hədəfləri vuracağımızı çox yaxşı başa düşürlər. İnanmıram ki, biz bundan sonra regionda genişmiqyaslı müharibəyə girək” deyə Əraqçi bildirib.
O, ABŞ-nin İrana hücumla bağlı qərar qəbul etməsi və onu davam etdirməsi ehtimalının az olduğunu vurğulayıb.
Əraqçi təsdiqləyib ki, Tehran hazırda nüvə silahına malik deyil, lakin İranın onu yaratmaq imkanı var.
Nicat Osman
tag: İran,Nüvə,Abbas Əraqçi,Tehran,Todaypress.az,