İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etməyə hazırdır
Dünya
22.07.2024 21:24
İranın yeni seçilmiş
Prezidenti Məsud Pezeşkian Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət
Planını (BHFP) bərpa etməyə hazırdır.
TodayPress xəbər verir
ki, bu barədə Pezeşkian hökumətinin formalaşdırılması üzrə məsləhət komitəsinin
rəhbəri Məhəmməd Cavad Zərif "X" sosial şəbəkəsində bildirib.
“Bizim yeni hökumətimiz yeni
seçilmiş prezident Pezeşkianın rəhbərliyi altında diplomatiyanın bu unikal
nailiyyətinə qarşılıqlı riayət olunmasını təmin etmək üçün xoş niyyət addımı
olaraq BHFP və İran qanunlarına uyğun şəkildə dialoq aparmağa hazırdır” o
yazıb.
Zərif, həmçinin İran
parlamentinin 2020-ci ilin dekabrında qəbul etdiyi “Sanksiyaların ləğvi və İran
xalqının mənafeyinin müdafiəsi üçün strateji fəaliyyətlər haqqında” qanuna əməl
olunmasının vacibliyini vurğulayıb. Bu sənəd ABŞ-nin 2018-ci ildə BHFP-dən birtərəfli
qaydada çıxmasına cavab idi. Bundan sonra ABŞ-nin ovaxtkı Prezidenti Donald
Tramp İrana qarşı sanksiyaları, o cümlədən neft ixracına embarqonu bərpa
etmişdi.
Birgə Hərtərəfli Fəaliyyət
Planı (BHFP) 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi “beşliyi” və
Almaniya ilə İran arasında sonuncuların nüvə hazırlaması ilə bağlı böhranı həll
etmək məqsədilə imzalanıb. 2018-ci ildə ABŞ-nin ozamankı prezidenti Donald
Tramp sazişdən çıxmaq qərarına gəlib. 2021-ci ildən BHFP-nin ilkin formasına
qayıtmaq üzrə danışıqlar aparılsa da, bir neçə raunddan sonra 2022-ci ilin
noyabrında dialoq nəticəsiz başa çatıb.
İran hakimiyyətinin fikrincə, Qərb Tehranın nüvə proqramının inkişafı üzərində mövcud nəzarət sistemlərini bərpa etməsi üçün BHFP-nin şərtlərinə tam şəkildə əməl etməlidir.
tag: İran, BHFP, Pezeşkian, Tehran, todaypress.az,