İran Niderland səfirini XİN-ə çağırdı
Niderlandın Tehrandakı səfiri Emil Frederik Dübon İran Xarici İşlər Nazirliyinə çağırılıb.
TodayPress xəbər verir ki, bu barədə "İSNA" agentliyi məlumat yayıb.
İran tərəfi Niderlandın Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin Tehrana qarşı irəli sürdüyü ittihamları əsassız adlandırıb və bu səbəbdən səfirə rəsmi etirazını çatdırıb. Bildirilib ki, Avropada iki sui-qəsd planında Tehranın əli olduğuna dair iddialar sübut olunmayıb və siyasi məqsədlərlə manipulyasiya xarakteri daşıyır.
Qeyd edək ki, bundan bir gün əvvəl İranın Amsterdamdakı səfiri də eyni səbəbdən Niderland Xarici İşlər Nazirliyinə çağırılıb.
Türkan İsgəndərli
tag: Niderland,Tehran,İSNA,Səfir,todaypress.az,