İran “Müqavimət paktı” hazırlayır
Dünya
07.10.2024 18:30
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Yaxın Şərqdə bir sıra ölkələr ilə “Müqavimət paktı”nın bağlanması üçün qanun layihəsi üzərində işləyir.
TodayPress xəbər verir ki, bu barədə “Tasmin” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu müqavilə ABŞ və ya İsrailin müqavilə tərəflərindən birinə hücum edəcəyi təqdirdə hərbi və iqtisadi yardımın göstərilməsini, hərbi əməliyyatların əlaqələndirilməsi və təlimlərin keçirilməsi üçün operativ qərargahın yaradılmasını nəzərdə tutur. Planın həyata keçirilməsinin İranın Ali Milli Təhlükəsizlik Şurasına həvalə edilməsi təklif edilir.
Qanun layihəsinin yekunlaşdıqdan sonra parlamentə təqdim edilməsi planlaşdırılır.
Günəş Mərd
tag: İran ,Müqavimət paktı,ABŞ ,İsrail,Yaxın Şərq,todaypress.az,