İran mülki aviasiya sazişinə qoşula bilər

Dünya

07.07.2024 18:04

Dövlətlərarası Aviasiya Komitəsinin ( DAK ) sədri Oleq Storçevoy bildirib ki, İran Mülki Aviasiya və Hava Məkanından İstifadə haqqında Dövlətlərarası Sazişə qoşulmaq niyyətindədir.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Oleq Storçevoy komitənin mülki aviasiyanın müxtəlif sahələri üzrə 78 dövlət və 19 təşkilatla müqavilələrinin olduğunu vurğulayıb. Onun fikrincə, DAK-ın regionda və dünyada fəaliyyəti sazişə qoşulmaq niyyətini bildirən qonşu dövlətlərin diqqət mərkəzindədir. Onlardan biri də İrandır.

 Töhfə Səməd

tag: İran,Dövlətlərarası Aviasiya Komitəsi,Oleq Storçevoy,DAK,todaypress.az,