İran İsrailin hücumlarına cavab hazırladığını açıqladı

Dünya

27.10.2024 16:34

İran hakimiyyəti İsrailin hücumuna necə cavab verəcəyini müəyyən edəcək.   

TodayPress “TASS”a istinadən xəbər verir ki, İranın Ali Dini Rəhbəri  Ayətullah Əli Xamenei son hadisələri belə şərh edib. 

Xamenei deyib ki, cavab tədbirləri İsraili İran xalqının gücü və qətiyyətindən xəbərdar etmək məqsədi daşıyacaq. 

O əlavə edib ki, bununla bağlı konkret qərarlar İran rəsmiləri tərəfindən hazırlanacaq.

Qeyd edək ki, Oktyabrın 26-da İsrail Müdafiə Qüvvələri (İDF) İrandakı hərbi obyektlərə hücum edib.   

Günəş Mərd 

tag: İsrail,İran,Hücum,Müdafiə,Todaypress.az,