İran İsrailə "qırmızı xətlər"lə bağlı xəbərdarlıq etdi
İsrailin İrana qarşı hər hansı hücumu “qırmızı xətt”
hesab olunacaq.
TodayPress xəbər verir ki, bunu İranın xarici işlər
naziri Abbas Araqçı Türkiyənin “NTV“ telekanalına müsahibəsində deyib .
“İsrail bizə hücum edərsə, cavab verməyə tam
hazırıq. Biz buna uyğun cavab verəcəyik, lakin ümid edirik ki, İsrail bizim
hazırlığımızı sınamayacaq. İrana qarşı istənilən hücum bizim üçün qırmızı xəttdir”.
Nazir zərbə olacağı təqdirdə İsrailin İrandan
simmetrik cavab alacağını vurğulayıb.
Bundan əvvəl Abbas Əraqçi bildirib ki, Fələstinin
HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi təşkilatın
fəaliyyətini dayandırmayacaq, əksinə, fələstinlilərin əzmini və motivasiyasını
gücləndirəcək.
O, həmçinin qeyd edib ki, İsrail ABŞ-ın köməyi
olmadan mövcud ola bilməz və onun dəstəyi olmadan Qəzza və Livanda cinayət törədə
bilməz.
Aynur TAC
tag: İsrail, İran, Abbas Araqçı, HƏMAS, ABŞ, todaypress.az,