İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə etdi

Dünya

01.10.2024 23:02

İran İsrailə qarşı hücumda ilk dəfə "hipersonik" raketlərdən istifadə edib.

TodayPress xəbər verir ki, bu barədə “IRIB” telekanalı məlumat yayıb .

Oktyabrın 1-də İran İsrailə geniş raket hücumu həyata keçirib. İsrail mətbuatının məlumatına görə, ölkə ərazisinə 500-ə yaxın ballistik raket atılıb.

Buna cavab olaraq İsrail gecə saatlarında nəticəsini bütün Yaxın Şərq görəcək adlı bir zərbə endirəcəyini vəd edib.

İran da öz növbəsində İsrailin hücuma cavab verəcəyi təqdirdə dağıdıcı hücumlarla üzləşəcəyi barədə xəbərdarlıq edib.

Aynur TAC

tag: İran, İsrail, Raket, Müharibə, Hipersonik, todaypress.az,