İran İsrailə cavab hüququndan istifadə edəcəyini bildirdi

Dünya

26.10.2024 15:25

İran BMT Nizamnaməsinə əsaslanaraq, özünü İsrailin hücumlarına cavab verməyə borclu hesab edir. 

TodayPress xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İran BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, özünü xarici təcavüz aktlarından müdafiə etmək haqqından istifadə edəcək”.

Tehran Qəzza və Livanda müharibə və təcavüzü dayandırmaq üçün beynəlxalq ictimaiyyəti təcili səfərbər etməyin vacibliyini vurğulayıb.

Bundan başqa, İran Xarici İşlər Nazirliyi Yaxın Şərqdə qeyri-sabitliyin əsas səbəbi kimi ABŞ və Qərbin İsrailə hərtərəfli hərbi-siyasi dəstəyini göstərib. 

Töhfə Səməd

tag: BMT, İran, İsrail, İslam, Qəzza, Livan, todaypress.az,