İran İsrailə böyük ziyan vura bilər

Dünya

02.11.2024 12:00

İran İsrailin son zərbəsinə baxmayaraq, Təl-Əvivin müdafiə qabiliyyətinə ciddi təhlükə yaradan raket imkanlarını saxlamaqdadır. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Qərb rəsmilərinə istinadən yazır.

Onların fikrincə, İranın ballistik raketləri yəhudi dövlətinin hava hücumundan müdafiə sistemlərindən yan keçərsə, İsrail ərazisindəki obyektlərə böyük ziyan vura bilər.

Nəşrin məlumatına görə, İsrailin hücumu nəticəsində İranın strateji əhəmiyyətli obyektlərini əhatə edən hava hücumundan müdafiə sistemləri zədələnib. Qəzet qeyd edir ki, buna görə də, İslam Respublikası İsrailə cavab verərkən nəzərə almalıdır ki, yəhudi dövlətinin ordusunun sərt cavabı, o cümlədən enerji infrastrukturu və ya nüvə obyektlərinin atəşə tutulması ilə üzləşə bilər.

Xatırladaq ki, oktyabrın 1-də İran HƏMAS, "Hizbullah" və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) liderlərinin əsas fiqurlarının öldürülməsinə cavab olaraq İsrailə qarşı irimiqyaslı raket hücumu həyata keçirib. İsrail hücuma cavab verəcəyini vəd edib.

Töhfə Səməd

tag: İran, İsrail, Hücum, HƏMAS, Hizbullah, SEPAH, todaypress.az,