İran "Hizbullah" lideri üçün beş günlük matəm elan etdi
İran İsrailin hücumu
nəticəsində həlak olan Livanın "Hizbullah" hərəkatının lideri Həsən
Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib.
TodayPress İran mediasına istinadən xəbər verir ki,
matəm elan olunması ilə bağlı Ayətullah Əli Xameneyi müvafiq qərar verib.
Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu
Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri
Həsən Nəsrullahın ölümünü təstiqləyib.
tag: İran, İsrail, Hizbullah, Xameyni, todaypress.az,