İran hərbi xərclərini 3 dəfə artırır

Dünya

29.10.2024 18:20

İran hökuməti yeni büdcə layihəsində İran təqvimi ilə gələn 1404-cü il (miladi təqvimlə 2025-ci il martın 20-də başlayır) hərbi xərcləri 200% artırmağı planlaşdırıb.

TodayPress xəbər verir ki, bunu İran Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Fatimah Muhacirani deyib.

“Ölkənin büdcə layihəsində müdafiə ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirilib. Bu baxımdan biz hərbi büdcənin əhəmiyyətli dərəcədə - 200% artımının şahidi olduq” deyə o, bildirib.

tag: İran,Fatimah Muhacirani, Büdcə, Layihə, Hərbi Xərclər, todaypress.az,