İran HƏMAS liderinin qətlini araşdırır
Dünya
31.07.2024 09:21
İran hakimiyyəti HƏMAS rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlı araşdırmalara başlayıb.
TodayPress xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Araşdırmanın nəticələrinin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunması gözlənilir.
Eyni zamanda HƏMAS artıq bəyan edib ki, Haniyə Tehranda İsrailin hücumu nəticəsində ölüb. HƏMAS lideri ilə birlikdə onun mühafizəçilərindən biri də həlak olub.
Xatırladaq ki, 2024-cü il aprelin 10-da HƏMAS lideri Haniyənin üç oğlu İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində həlak olmuşdu.
Günəş Mərd
tag: HƏMAS, İran, Tehran, Haniyə, Qəzza, İsrail, todaypress.az,