İran gələn ay orbitə iki peyk buraxacaq
İran Kosmik Agentliyinin prezidenti Həsən Salariyə gələn ay iki İran peykinin orbitə buraxılacağını açıqlayıb.
TodayPress xəbər verir ki, “Mehr” xəbər agentliyinə verdiyi müsahibəsində Salariyə, “Son üç ildə kosmik sənayedə 10-u yerli, ikisi beynəlxalq olmaqla 12 buraxılış olub. Biz hazırkı hökumətin səlahiyyət müddəti bitməmiş bir çox peykləri orbitə buraxmağı düşünürük. Gələn ay iki peyk kosmosa buraxılacaq” deyib.
Həmçini “Saman” peykini və başqa bir araşdırma peykini də orbitə çıxarmağı planlaşdırırıqlarını açıqlayan Salariyə, “Ölkənin peyk daşıyıcıları sahəsində qabaqcıl imkanlarını nəzərə alsaq, yüksək etibarlı orbital ötürmə bloku istər rabitə üçün peyklər sahəsində, istərsə də Aya kosmik aparatların endirilməsi və ya kosmik tədqiqatlar üçün peyklərin orbitə yerləşdirilməsi sahəsində böyük dəstək olacaq” deyə əlavə edib.
GÜNEL
tag: İran Kosmik Agentliyi, Həsən Salariyə, Orbit, Peyk, todaypress.az,