İran Əsədə kömək etməkdən imtina etdi

Dünya

09.12.2024 10:22

İran, İsrailin hava hücumu təhlükəsi ilə əlaqədar Suriya prezidenti Bəşər Əsədə kömək etməyib. 

TodayPress xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

İran rəsmiləri Əsədi üsyançıların hücumuna hazırlaşmamaqda günahlandırıb və Tehranın İsrailə görə əlavə hərbi dəstək göndərə bilmədiyini bildirib. Üstəlik, İran Əsədə xəbərdarlıq edib ki, əgər yardım gəlsə, məhdud çərçivədə olacaq.

Qəzetin yazdığına görə, Suriyaya uçan İran təyyarəsi İsrailin hava hücumu təhlükəsi səbəbindən dönüş edib.

Hazırda istefa verən Suriya lideri ailəsi ilə birlikdə Moskvadadır. 

Töhfə Səməd

tag: Suriya ,İran, Qəzet ,İsrail ,Hücum, todaypress.az,