İran “Doğru Vəd-3” əməliyyatına başlayır?

Dünya

31.10.2024 10:30

İsrailin İrana son hücumlarından sonra Tehran Təl-Əvivə qarşı böyük cavab tədbirləri görməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.     

Bildirilib ki, İran “Doğru Vəd-3” əməliyyatı adı altında İsrail ərazilərinə ən azı 1000 raket buraxmağa qərar verərsə, vəziyyət dəyişə bilər.

Qeyd edək ki, bunda öncə oktyabrın 1-də SEPAH-ın İsrailə qarşı “Doğru Vəd-2” əməliyyatı həyata keçirilib.

Günəş Mərd

tag: İran, İsrail, Hücum, Tehran, Təl-Əviv, todaypress.az,