İran DİN baş verən partlayışın səbəblərini açıqladı
İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai ticarət limanında baş verən partlayışa səhlənkarlıq və təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
TodayPress, "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İskəndər Momeni bildirib.
“Daxili İşlər Nazirliyinə məlum olub ki, hadisə səhlənkarlıq, habelə limanda təhlükəsizlik məsələlərinə və mülki müdafiə qaydalarına ciddi yanaşılmadığına görə baş verib” deyə məlumatda bildirilir.
Artıq bir neçə nəfərin istintaqla bağlı dindirilməyə çağırıldığı dəqiqləşdirilib.
Xatırladaq ki, aprelin 26-da İranın cənubunda yerləşən Bəndər Abbas şəhərindəki Şəhid Rəcai ticarət limanında güclü partlayış baş verib. İlkin məlumatlara görə, partlayış təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda baş verib.
Töhfə Səməd
tag: İran,Bəndər Abbas,Şəhid Rəcai,DİN,İskəndər Momeni,