İran “demoqrafik çuxur”un bir addımlığında

Dünya

23.11.2024 16:47

1999

İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi ölkənin “demoqrafik çuxura” düşmək ərəfəsində olduğunu və il ərzində doğulanların sayının bir milyondan aşağı düşəcəyini bildirib. 

TodayPress xəbər  verir ki, bu barədə  "Azad İran" “Telegram” kanalı məlumat yayıb.  

O, bu vəziyyətdən çıxmağın çətin olacağı barədə xəbərdarlıq edib. 

Səhiyyə nazirinin sözlərinə görə, İran bir vaxtlar dünyanın ən gənc əhalisinə malik ölkə kimi tanınıb. Ancaq son illərdə iqtisadi problemlərin artması, vətəndaşların həyat tərzinin dəyişməsi və hökumətin sosial-siyasi çətinliklərinin artmasından sonra ölkədə doğum səviyyəsi azalıb. 

Günəş Mərd

tag: İran, Səhiyyə, Nazir, Məhəmmədrza Zəfərqəndi, Demoqrafik Çuxur, todaypress.az,