İran Çinə təxminən üç milyon barel neft göndərdi

Dünya

12.01.2025 01:36

İran Yaxın Şərqdə Tehranla müttəfiq qüvvələri dəstəkləmək və vəsait toplamaq üçün Çindəki anbardan təxminən üç milyon barel neft göndərib.

 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

 

Yanacağın İranın 2018-ci ilin sonunda Çinə göndərdiyi ən azı 25 milyon barel ehtiyatdan götürüldüyü bildirilib.

 

Nəşrin məlumatına görə,  Çin 2024-cü ilin noyabr ayının sonu və dekabrında İran rəsmiləri ilə danışıqlardan sonra neft ixracına icazə verib.

 

ABŞ 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edib.

 

Aynur TAC

tag: Çin, İran, Neft, Barel, Nüvə, Sanksiya, todaypress.az,