İran bütün aviareysləri ləğv etdi, şirkətlər Bakıya üz tutdu
İranda bütün aviareyslər növbəti xəbərdarlığa qədər ləğv edilib.
TodayPress xəbər verir ki, bu barədə "İRNA" agentliyi İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, uçuşlar bütün istiqamətlər üzrə ləğv edilib.
Nəticədə bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.
Bakı hava limanına uğurla eniş edənlər sırasında “Jazeera Airways”aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysi yer alır.
Xatırladaq ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.
tag: Aviaşirkət,uçuş,Reys,İran,Bakı,İsrail,