İran "Boeing" təyyarəsinin vurulması ilə bağlı qərara etiraz edir

Dünya

23.01.2025 10:16

İran 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing PS752" təyyarəsinin vurulması ilə bağlı məhkəmə proseslərinə etiraz edib. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb.   

Qeyd olunub ki, İran tərəfi məhkəmənin yurisdiksiyasına və Böyük Britaniya, Kanada, İsveç və Ukraynanın iddiasının qəbul edilməsi ilə razılaşmır. 

Baş hakimin müavini Julia Sebutinde iddiaçıların ilkin etirazlarda göstərilən arqumentlərə yazılı cavab verməsi üçün son tarix kimi mayın 16-nı təyin edib. 

Məhkəmənin reqlamentinə uyğun olaraq, bu etirazlara baxılana qədər işin mahiyyəti üzrə icraatı dayandırılır. 

Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737-800" təyyarəsi 2020-ci il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb.   

Günəş Mərd

tag: İran,Təyyarə,Qəza,Boeing PS752,Todaypress.az,