İran BMT-yə müraciət etdi
Dünya
01.08.2024 17:00
HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani bütün BMT ölkələrini İsrailə qarşı birləşməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Nazir BMT-nin Baş katibi Antonio Quterreşə və Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyaya məktub ünvanlayıb.
Məktubda Haniyənin öldürülməsi “sülh və təhlükəsizliyin ciddi şəkildə pozulmasını ifadə edən və BMT Təhlükəsizlik Şurasının dərhal və effektiv müdaxiləsini tələb edən təcavüzkar terror aktı” adlandırılıb.
“İran İslam Respublikası regional sülh və təhlükəsizliyin qorunmasında danılmaz rolunu dərk edir və milli təhlükəsizliyini və suverenliyini istənilən hücumlardan qorumaq üçün bütün lazımi tədbirləri görməyə qərarlıdır” sənəddə qeyd olunub.
Töhfə Səməd
tag: BMT, Rusiya, Haniyə, İran, Terror, Antonio Quterreş, todaypress.az,