İran Avropaya bütün uçuşları dayandırdı
İran Hava Daşıyıcıları Assosiasiyası Avropa İttifaqının tətbiq etdiyi son sanksiyalardan sonra Avropa ölkələrinə uçuşları dayandırıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə assosiasiyanın direktoru Maksud Əsədi Samani bildirib.
"Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət “Iran Air” idi və Aİ-nin “Iran Air”ə qarşı yeni sanksiyalarını nəzərə alsaq, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq" Samani qeyd edib.
Xatırladaq ki, oktyabrın 14-də Aİ İranın Rusiyaya dəstək verdiyini əsas gətirərək İranın 7 vəzifəli şəxsinə və 7 şirkətinə qarşı sanksiya tətbiq edib.
Günəş Mərd
tag: İran ,Avropa İttifaqı ,Rusiya ,Aİ ,Uçuşlar ,todaypress.az,