İran atəşkəs üçün şərtlərini açıqladı

Dünya

04.10.2024 18:35

İran atəşkəsin əldə olunması istiqamətində ilkin şərtləri açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Seyid Abbas Əraqçi Livanda keçirdiyi mətbuat konfransında məlumat verib. 

“Biz davam edən səyləri dəstəkləyəcəyik, o şərtlə ki, birincisi, Livan xalqının hüquqlarına hörmət edilsin, ikincisi, bu, Qəzza zolağında atəşkəslə eyni vaxtda baş versin” deyə o, bildirib. 

Töhfə Səməd

tag: İran ,İsrail ,Qəzza, Livan ,Seyid Abbas Əraqçi ,todaypress.az,