İran Aİ-dən İsrailə təzyiq göstərməsini tələb etdi
Dünya
02.08.2024 17:00
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı zamanı ondan İsrailə təzyiq göstərməyi tələb edib.
TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Qeyd olunub ki, Baqeri Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı Avropa ölkələrinin sükutundan narahatdır. O, telefon danışığı zamanı deyib ki, Aİ beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə öhdəliklərini yerinə yetirməsi üçün İsrailə təzyiq göstərməlidir.
Əlavə olunub ki, Aİ tərəfindən addım atılmasa, bu, ciddi nəticələrə gətirib çıxara bilər.
Töhfə Səməd
tag: İran, Aİ, Beynəlxalq, Sülh, Avropa, todaypress.az,