İran AEBA-ya şikayət ünvanladı
Dünya
21.10.2024 14:25
İran rəsmi olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinə (AEBA) və BMT Təhlükəsizlik Şurasına nüvə obyektlərinə İsraildən gələn təhdidlərlə bağlı şikayət edib.
TodayPress xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqaini mətbuat konfransında bildirib.
"İran bu təhdidləri beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bununla əlaqədar olaraq AEBA-ya və BMT Təhlükəsizlik Şurasına yazılı etiraz göndərib” deyə o, bildirib.
Töhfə Səməd
tag: İran, AEBA, BMT,İsrail, todaypress.az,