İran: ABŞ Qəzzada atəşkəslə bağlı ciddi deyil
Dünya
10.06.2024 18:30
ABŞ Qəzzada atəşkəslə bağlı məsələyə ciddi yanaşmır.
TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib. O, ABŞ-nin Qəzzada hərtərəfli atəşkəs təklifini dəyərləndirərək deyib:
“Heç bir dəlil ABŞ-nin atəşkəslə bağlı ciddi olduğunu göstərmir”.
Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden mayın 31-də Ağ Evdəki çıxışında İsrailin 3 mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini bildirib.
Günəş Mərd
tag: İran, ABŞ, Qəzza, Atəşkəs, todaypress.az,