İran ABŞ-nin ittihamlarını rədd edir

Dünya

19.09.2024 16:56

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Amerika kəşfiyyat orqanlarının Tehranın ABŞ-də prezidentlik kampaniyasına müdaxiləsi ilə bağlı iddialarını əsassız adlandırıb.     

TodayPress xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat yayıb. 

“Bu ittihamlar əsassızdır və İran İslam Respublikası ABŞ-dəki daxili siyasi münaqişələrə və seçki mübahisələrinə qarışmır. Biz bu cür ittihamları qətiyyətlə rədd edirik” diplomat qeyd edib. 

İrəvani Tehrandan aydın cavab almaq üçün Amerika hakimiyyətindən ittihamlarını sübut etməyi tələb edib. 

Daimi nümayəndənin sözlərinə görə, Vaşinqton tez-tez İranın müdaxiləsindən danışsa da, bu bəyanatlar əsassız olur.

Qeyd edək ki, sentyabrın 18-də ABŞ-nin Milli Kəşfiyyat Federal Təhqiqatlar Bürosu iranlı hakerlərin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahından daxili sənədləri oğurlayaraq mediaya və onlarla əlaqəli şəxslərə göndərdiyini bildirib. 

Günəş Mərd

tag: İran, ABŞ, Tehran, Vaşinqton, Tramp ,todaypress.az,