İran ABŞ ilə danışıqları qiymətləndirdi

Dünya

15.05.2025 17:50

20

İran və ABŞ arasında keçirilən nüvə danışıqları məhsuldar olub və İranın nüvə proqramının dayandırılması müzakirə edilməyib.

TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.

O bildirib ki, İran nüvə proqramının sonu mövzusu gündəmdə deyil və ölkə təcrübə əsasında hansı tədbirlərin görülməsi lazım olduğunu bilir. XİN rəsmisi həmçinin danışıqların faydalı olduğunu qeyd edib.

Bəqayi danışıqların başlamazdan əvvəl və onların aparılması zamanı İranın bütün müvafiq tərəflərlə əlaqə saxladığını vurğulayıb. Bu əlaqələrə Fars körfəzinin o tayındakı, Şərq və Qərb qonşuları, o cümlədən Türkiyə, Pakistan, Rusiya və Çin də daxil olub.

Qeyd edək ki, tərəflər arasında danışıqlar mayın 11-də baş tutub.

Türkan İsgəndərli

tag: İran,ABŞ,Nüvə,Danışıq,todaypress.az,