İran ABŞ ilə danışıqlara hazırdır
Dünya
28.08.2024 13:12
“İran nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlara hazırdır”.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib.
O, açıqlamasında İran prezidenti Məsud Pezeşkianın hökuməti altında baş tuta biləcək hər hansı danışıqlar üçün aydın qırmızı xətlər müəyyənləşdirib və Vaşinqtona etibar edilməməsi ilə bağlı da xəbərdarlıq edib:
"Bu o demək deyil ki, ümidlərinizi onlara bağlamalıyıq. Düşmənə güvənməyin”.
Qeyd edək ki, son illərdə İranla ABŞ arasında ABŞ-nin Yaxın Şərqdəki iki tərəfdaşı olan Oman və Qətərin vasitəçiliyi ilə İranla bağlı danışıqlar aparılıb. Xameneinin bəyanatı Qətərin Baş nazirinin ölkəyə səfərindən bir gün sonra verilib.
Günəş Mərd
tag: İran, ABŞ, Məsud Pezeşkian, Vaşinqton,Qətər, todaypress.az,